Press "Enter" to skip to content

Saxta COVID-19 sertifikatı satanların işi məhkəmədə

Baş Prokurorluq

Son yeniləmə: 9 Dekabr 2021 13:43

Bayraqdar.info – Baş Prokurorluqdan dekabrın 9-da verilən məlumatda bilirilir ki, 2021-ci il mayın 18-də Gəncə Beynəlxalq Hava Limanından Rusiyaya gedən 101 nəfər şəxsə COVID-19 xəstəliyinin olmaması ilə bağlı saxta sertifikatlar satan dəstənin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

İstintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

İstintaqla müəyyən edilib ki, Seymur Mürsəlov adlı şəxs pul qarşılığında “ƏSR TRAVEL” MMC-nin direktoru Əsgər Bayramov və “ARKAN GROUP” MMC-nin direktoru Tünzalə Əliyevanı 101 nəfər şəxsin adına COVID-19 xəstəliyinin olmaması ilə bağlı saxta arayışlar hazırlamağa təhrik edib.

Qeyd edilir ki, qanunsuz hərəkətləri ilə S.Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rəsmi sənədləri saxtalaşdırmaya təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 320.1 (rəsmi sənədləri saxtalaşdırmaya təhrik etmə) və 32.4, 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etməyə təhrik etmə) maddələri ilə cinayət işi açılıb. Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Mission News Theme by Compete Themes.