Son yeniləmə: 9 Dekabr 2021 14:14
Bayraqdar.info – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Rabitə” muzeyi təşkil olunub.
Rabitəçi şəhid və qazilərin, eləcə də Aprel və Tovuz döyüşləri şəhidlərinin övladları muzeyi ziyarət ediblər. Eksponatlarla tanış olan uşaqlar onların tarixi və istifadəsi ilə bağlı məlumatları böyük maraqla dinləyiblər. Şəhidlərin yadigarları vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Sonda uşaqlara hədiyyələr təqdim olunub.
Xəbər bayraqdar.info-ya dekabrın 9-da Nazirlikdən bildirilib.