Press "Enter" to skip to content

Nazir müavini Qətərdə görüşlərdə

Qətərdə beynəlxalq konfrans

Son yeniləmə: 9 Dekabr 2021 15:44

Bayraqdar.info – Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qətər Dövlətindəki səfəri davam edir. Səfər çərçivəsində 7 dekabr 2021-ci il tarixində Doha şəhərində Dövlət naziri Həməd Əl-Kavarinin şəxsi kitabxanasında görüş keçirilib.

Xəbər bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

Görüşdə QMK-nin rəhbəri, Qətərin Baş Naziri müavini rütbəsində dövlət naziri dok. Həməd bin Əbdüləziz Əl-Kavari, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov və iş adamları iştirak edib.

“Dövlət naziri H.Ə.Kavari Azərbaycan və Qətər xalqları arasında mövcud mədəni bağların və əlaqələrin genişləndirilməsini iki ölkə arasındakı digər sahələrdə də əlaqələrin inkişafı üçün əsas rol oynayacağını vurğulayıb.

“E.Əliyev Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üzrə, xüsusən Azərbaycan xalçaçılıq sənətinin nümunələri ilə bağlı geniş məlumat verib.

“Sonda Azərbaycanın özünəməxsus xalçaçılıq məktəblərindən olan Təbriz xalçaçılıq məktəbinin nümunələri haqqında kitab H.Ə.Kavariyə hədiyyə olunub”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.