Son yeniləmə: 9 Dekabr 2021 11:46
Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasında səfərdədir. 8-10 dekabr tarixlərində Misirin Qahirə şəhərində keçirilən II Ali Təhsil və Elmi Tədqiqatlar üzrə Qlobal Forumun çərçivəsində ayrılmış guşədə Nazirliyini təşkilatçılığı ilə sərgi açılıb.
Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən xəbər verilib.
Sərgidə Azərbaycan mədəniyyəti və tarixinə həsr olunan videoçarxlar, 880 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi, Azərbaycanın mədəniyyəti paytaxtı olan Şuşa şəhəri, o cümlədən Qarabağ haqqında dolğun məlumatlar ziyarətçilərə təqdim olunur. Həmçinin, ziyarətçilərə Azərbaycan haqqında kitablar da paylanılır. Dekabrın 10-dək davam edəcək sərgidə Azərbaycan guşəsinə böyük maraq göstərilir.