Press "Enter" to skip to content

Hərbçilər Nizami Gəncəvinin yubileyini keçiriblər – VİDEO

Nizami Gəncəvinn yubileyi Orduda

Son yeniləmə: 9 Dekabr 2021 09:52

Bayraqdar.info – C.Naxçıvanski adına Hərbi Liseydə H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib.

Xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən daxil olub.

Bildirilir ki, tədbirdə Liseyin şəxsi heyəti, Mərkəzin yaradıcı kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

“Çıxış edənlər qeyd ediblər ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

“Azərbaycan Ordusunda təşkil olunan və dahi şairin irsinin öyrənilməsinə həsr olunmuş silsilə tədbirlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəlməsində mühüm rol oynayır.

“Tədbirin bədii hissəsində Mərkəzin yaradıcı kollektivinin ifasında N.Gəncəvinin əsərlərinə bəstələnmiş muğam və musiqili kompozisiyaları tədbir iştirakçılarına təqdim olunub”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.