Press "Enter" to skip to content

“Dəmir yumruq” komandası qalib gəldi

"Dəmir yumruq" komandası

Son yeniləmə: 9 Dekabr 2021 18:30

Bayraqdar.info – Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında “Böyük Zəfər” məhəllələrarası minifutbol turnirinin Suraxanı turuna yekun vurulub.

BŞGİBİ-dən bayraqdar.info-ya bildiriblər ki, rayondakı abad məhəllələrdə keçirilən yarışda 8 komanda iştirak edib.

İlkin görüşlərdən sonra final mərhələsinə 4 komanda vəsiqə qazanıb. Finalda “Dəmir Yumruq” komandası “Zəfər”ə qalib gələrək birinci yeri tutub. Üçüncü yerə isə “Laçın” komandası çıxıb.

Beləliklə, yarışların Bakı turunda Suraxanı rayonunu “Dəmir yumruq” komandası təmsil edəcək. Rayon turunun qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Mission News Theme by Compete Themes.