Son yeniləmə: 9 Dekabr 2021 12:35
Bayraqdar.info – Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçirilən Cüdo Azərbaycan Kuboku davam edir.
Federasiyadan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, turnirin ikinci günündə 4 çəki dərəcəsi üzrə qarşılaşmalar keçirilib.
Qadınlar 52, 70 kq, kişilər isə 66 və 90 kq çəki dərəcələrində güclərini sınayıblar. Qadınlar arasında Səbinə Əliyeva (52 kq, “Təhsil” İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri) və Günel Həsənli (“Zirvə” İdman Klubu, Abşeron) qalib adına layiq görülüblər. Kişilərin yarışında isə Kəramət Hüseynov (66 kq, “Qəbələ” İdman Klubu, Bakı), Rüfət İsmayılov (90 kq, “Cüdo Klubu 2012”) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Turnir dekabrın 9-da başa çatacaq.