Press "Enter" to skip to content

Azərbaycan Dubayda beynəlxalq konfransda təmsil olunur

“Ümumdünya Yaradıcı İqtisadiyyat Konfransı”

Son yeniləmə: 9 Dekabr 2021 11:54

Bayraqdar.info – Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədri Vasif Eyvazzadə və Nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov Dubayda keçirilən “Ümumdünya Yaradıcı İqtisadiyyat Konfransı 2021” də iştirak edirlər.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, tədbir 7-9 dekabr tarixlərində “Expo 2020 Dubai” sərgisi çərçivəsində keçirilir.

Konfransda “İndi və sonra: yaradıcı iqtisadiyyatın təkamülü”, “Qlobal yararadıcı şəhərlərin qurulması”, “Mədəniyyət və yaradıcı sənayelərin (MYS-lərin) qlobal gündəliyi” və digər mövzularda sessiyalar keçirilir.

Qeyd edək ki, Forum çərçivəsində dekabrın 9-da yüksək səviyyəli Nazirlər Paneli keçiriləcək. Sözügedən paneldə mədəniyyət naziri Anar Kərimovun iştirakı nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.