Son yeniləmə: 9 Dekabr 2021 13:50
Sami Atıcı: Ardahanın milli və beynəlxalq miqyasda tanınmış şəxsləri, alimləri, iş adamları, siyasətçiləri ARDA-KON-un çətiri altında bir araya gəlib
Bayraqdar.info – Bu günlərdə Türkiyenin Ardahan şəhəri ilə bağlı maraqlı bir addım atılıb. Belə ki, Ardahanı milli və qlobal miqyasda brend şəhərə çevirmək məqsədi ilə bir araya gələn ardahanlılar Ardahan Konfederasiyasını (ARDA-KON) qurublar.
Bu barədə bayraqdar.info-ya özəl olaraq ARDA-KON-dan məlumat verilib. Qeyd edilib ki, Ardahanın milli və beynəlxalq miqyasda tanınmış şəxsləri, alimləri, iş adamları, siyasətçiləri ARDA-KON-un çətiri altında bir araya gəlib.
Yeni qurumun qurucu Genel başqanı Sami Atıcı ARDA KON-un yaranma məqsədi ilə bağlı aşağıdakıları bildirib: “Ardahanın iş və akademik dünyasındakı milli və qlobal marka adları, Ardahanla bağlı müxtəlif federasiyaları olaraq quruluş baxımından ən yüksək qurum olan Ardahan Konfederasiyasında bir araya gələrək, ilk növbədə Ardahanı brend şəhərə çevirməyi, həmçinin ardahanlıların bir milli və qlobal strategiyaların yaradılmasında daha çox söz sahibi olmasını təmin etməyi hədəfləyirik. ARDA-KON, Məsləhət Şurası, Biznes Sinerji Şurası, Elmi Şura, Beynəlxalq Əlaqələr, Sosial Siyasət, Gənclik və Qadın Sahibkarlığı, Parlament və İctimai Qurumlar Şurasından ibarətdir. ARDA-KON 360 dərəcə perspektivlə ölkəmizin sosial, mədəni və iqtisadi inkişafına da əhəmiyyətli töhfə verməyi hədəfləyir”.
“Konfederasiyamızın qurucularının əksəriyyəti Ardahanda doğulub. Əslində, Ardahanda doğulmayan üzvlərimizin də qəlbləri hər zaman Ardahan və ardahanlılar üçün döyünüb. Beləliklə, Ardahan və ardahanlılar üçün önəmli layihələrə imza atmaq üçün bir dam altında toplandıq. İçində olduğumuz günlər təkcə Türkiye üçün deyil, bütün dünya üçün kritik əhəmiyyətə malikdir. ARDA-KON olaraq bütün dostlarımızla birlikdə baş verənləri yaxşı təhlil edəcəyik və Ardahanın brend şəhər, ardahanlıların milli və qlobal arenada söz sahibi olmasını təmin etmək məqsədi ilə çalışacağıq. Bu məqsədlə bir araya gələn bütün dostlarımızı 2022 Vizyon Görüşümüzdə sizə təqdim edəcəyik”, – deyə o, əlavə edib.