Son yeniləmə: 8 Dekabr 2021 16:35
Bayraqdar.info – Beynəlxalq dərəcəli hakim Fikrət Axundov kişi voleybolçulardan ibarət Çağırış kuboku yarışlarına təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasından bayraqdar.info-ya bildirilib ki, o, turnirin 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində “Barkom-Kajani” (Ukrayna) və ACH (Slovakiya) klubları arasında keçiriləcək görüşdə əsas hakim funksiyasını yerinə yetirəcək. Matçın ikinci hakimi belaruslu Vladimir Kukaşinov olacaq.
Görüş dekabrın 8-də Ukraynanın Lvov şəhərində keçiriləcək. Komandalar arasında Sloveniyada təşkil olunan ilk oyunda ACH klubu 3:0 hesabı ilə qalib gəlib.