Press "Enter" to skip to content

Türkiye ilə müdafiə sahəsində əməkdaşlıq güclənəcək

Son yeniləmə: 8 Dekabr 2021 13:26

Bayraqdar.info – Kosovanın müdafiə naziri Armend Mehaj Türkiyenin KFOR bölməsinin yeni komandiri polkovnik Fatih Cansız ilə görüşüb. Görüşdə nazir türk kontingentinin Kosova və onun hüdudlarından kənarda təhlükəsizlik və sabitlik üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Bu barədə Balkan News məlumat yayıb.

Qeyd edilir ki, A.Mehaj sosial mediada paylaşdığı açıqlamada bu məqama toxunub. Nazir Kosova ilə Türkiye arasında bütün sahələrdə olduğu kimi müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlığın daha da güclənəcəyi mövzusunda F.Cansızla həmfikir olduqlarını bildirib.

“Digər birliklərlə yanaşı Türkiyenin KFOR kontingentinin töhfəsi Kosovanın və onun hüdudlarının  təhlükəsizliyi və sabitliyi üçün çox vacibdir. Bu gün Türkiyənin KFOR bölməsinin yeni komandiri, polkovnik Fatih Cansızı qəbul etdim. Onu yeni vəzifəsi münasibətilə təbrik edirəm. Türkiye ilə bütün sahələrdə olduğu kimi, müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlıq güclənəcək”, – deyə A.Mehaj bildirib.

Mission News Theme by Compete Themes.