Son yeniləmə: 8 Dekabr 2021 14:28
Bayraqdar.info – AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Qarabağın ədəbiyyat səhifələrində Məclisi-üns” adlı elmi-ədəbi konfrans təşkil olunub.
Xəbər bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.
“Tədbiri İnstitutun baş direktoru, akademik Teymur Kərimli və Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli açıblar.
“Tədbirin ədəbi-bədii hissəsində Şövkət Ələkbərovanın ifasında “Durnalar” (mus: C.Cahangirov, söz: M.P.Vaqif), Rəşid Behbudovun ifasında “Qərənfil” (mus: V.Adıgözəlov, söz: X.Natəvan) əsərləri, S.Vurğunun “Vaqif” dramı əsasında səhnələşdirilmiş televiziya tamaşasından Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqifin dialoqu səsləndirilib.
“Daha sonra tədbir iştirakçıları İnstitutda “Qarabağın ədəbi-mədəni mühiti əlyazmalarda” adlı sərgiyə ekskursiya təşkil olunub”, – deyə xəbərdə bildirilir.