Press "Enter" to skip to content

Polşadan qızıl medal

Polşadan qızıl medal

Son yeniləmə: 8 Dekabr 2021 12:19

Bayraqdar.info – Polşanın Zabrze şəhərində qadın idman gimnastikası üzrə “Barborka Cup 2021” adlı beynəlxalq turnir keçirilib.

Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən xəbər verilib.

“Turnirdə ölkəni Nazənin Teymurova, Məryəm Musayeva və Duyğu Məcidzadə təmsil ediblər. Gənclər arasında iştirak edən N.Teymurovanın çıxışı uğurlu olub. O, çoxnövçülükdə hakimlərdən yüksək xal alaraq, fəxri kürsünün birinci pilləsində qərarlaşıb. Onun komanda yoldaşları Duyğu Məcidzadə və Məryəm Musayeva çoxnövçülük yarışında müvafiq olaraq 6-cı və 9-cu yerlərdə qərarlaşıblar” – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.