Press "Enter" to skip to content

Peşə təhsili üçün eTwinning seminarı

Peşə təhsili üçün eTwinning

Son yeniləmə: 8 Dekabr 2021 11:51

Bayraqdar.info – “eTwinning” layihəsi çərçivəsində Albaniyanın Tirana şəhərində “Peşə Təhsili üçün eTwinning” mövzusunda əlaqələndirici seminar təşkil edilib.

Bu barədə bayraqdar.info-ya dekabrın 8-də Təhsil Nazirliyindən məlumat verilib.

“Tədbirin məqsədi peşə təhsili müəssisələrində təhsil işçilərinin ömür boyu təhsil konsepsiyasına və əmək bazarının tələblərinə uyğun zəruri bilik, bacarıq və səriştələrə yiyələnmək, müstəqil, yaradıcı şəxsiyyət kimi hazırlamaq olub.

“Beynəlxalq tədbirdə Azərbaycanı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Rəşad Çopsiyev təmsil edib. Seminarda Bosniya və Hersoqovina, Litva, Kipr, Estoniya, Türkiyə kimi ölkələrin müəllimləri də iştirak edib. Peşə təlimlərinin keyfiyyətinin artırılması istiqamətində tədbir iştirakçıları üçün 4 paraleldə 16 təlim, müzakirə paneli və çıxışlar təşkil olunub. Tədbir zamanı Azərbaycan təmsilçisi “Müxtəlif məktəblərdən iqlim könüllüləri” mövzusunda Albaniya, Kipr və Estoniya təhsil müəssisələrinin müəllimləri ilə ortaq təhsil layihəsi yaradıb”, – deyə məlumatda bildirilir.

Qeyd edilib ki, qlobal iqlim dəyişikliyinin təsirlərini azaltmaq və onlara uyğunlaşmaq üçün həllərin hazırlanması istiqamətində bilik, bacarıq və səriştələri formalaşdırmaq layihənin əsas məqsədlərindən birini təşkil edib.

Mission News Theme by Compete Themes.