Press "Enter" to skip to content

Orduda taktiki-xüsusi təlim

Əlahiddə Ümumqoşun Ordu

Bayraqdar.info – Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərə görə, Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə “Yaşayış məntəqələrində antiterror əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Keçirilən təlimdə xüsusi təyinatlı qruplara dinc əhali arasında təxribat törətməyə hazırlaşan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib.

“Tapşırığı almış xüsusi təyinatlı qruplar zirehli avtomobillərlə və helikopterlərin dəstəyi ilə terrorçuların gizləndikləri yaşayış məntəqəsinə həmlə ediblər. Basqın zamanı yaralanan hərbi qulluqçuların təhlükəsiz şəkildə təxliyyəsi həyata keçirilib.

“Xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi və real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın təmasla və müxtəlif silah nümunələri ilə döyüş elementləri yerinə yetirilib.

“Düşmənin diversiya-təxribat fəaliyyətlərinin qarşısını alan xüsusi təyinatlılar təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar.

“Təlimləri Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev və Türkiyə Silahlı Qüvvələri mənsubları izləyib. Təlimin sonunda şəxsi heyətin yaşayış məntəqələrində döyüş əməliyyatlarının aparılması bacarıqları yüksək qiymətləndirilib. Təlimdə iştirak edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.