Son yeniləmə: 8 Dekabr 2021 11:34
Bayraqdar.info – Son vaxtlar Kərkükdə baş verənlər ciddi narahatlıq doğurur. Elə İraq Türkmən Cəbhəsinin bəyanatı da bu narahatlıqdan irəıli gəlir.
Türkmeneli TV xəbər verir ki, bəyanatda Kərkük sərhədlərində peşmərgə qüvvələrinin olmasının istənmədiyi vurğulanıb.
Kərkükün Qarasəlim bölgəsində baş verən terror aktında şəhid olanların ailələrinə başsağlığı verən İTC Silahlı Qüvvələrin Baş Komandanından terror aktlarının baş verdiyi ərazilərin terrorla mübarizə birlikləri tərəfindən təmizlənməsini tələb edib.
İraq Türkmən Cəbhəsi, həmçinin Kərkükün bütün əyalət sərhədinə nəzarətin federal qüvvələrə təhvil verilməsi tələbini irəli sürüb.