Press "Enter" to skip to content

Ceyhun Bayramovun Mevlüt Çavuşoğlu ilə telefon danışığı

Son yeniləmə: 8 Dekabr 2021 13:09

Bayraqdar.info – Dekabrın 8-də xarici işlər naziri Ceyhun Bayramovun Türkiye Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.Telefon danışığı zamanı tərəflər arasında qarşılılıq maraq doğuran digər məsələlər də müzakirə edilib.

Mission News Theme by Compete Themes.