Son yeniləmə: 8 Dekabr 2021 01:55
Bayraqdar.info – Yunanıstan türk azlığa qarşı təqib və təzyiqlər davam edir. Bundan cana doyan Batı Trakya türkləri beynəlxalq qurumlara üz tutub.
Lakin azlığın problemləri bir daha gündəmə gətirilərkən Yunanıstan “problem yox” deməyə davam edir.
Bu barədə birlikgazetesi.org məlumat yayıb.
Məlumatda deyilir ki, Batı Trakyanın türk nümayəndə heyəti BMT-nin Azlıqların Problemləri Forumunda iştirak edib. Batı Trakya türk icmasını təmsil edən Avropa Batı Trakya Türk Federasiyası (ABTTF) və Batı Trakya Azlığı Ali Təhsillilər Dərnəyi (BTAYTD) Birləşmiş Millətlər Təşkilatının (BMT) “Münaqişələrin qarşısının alınması və azlıqların insan hüquqlarının müdafiəsi” mövzusunda hibrid formatda keçirilmiş Forumun 14-cü sessiyasında iştirak edib.
BMT-nin Azlıqların Problemləri üzrə xüsusi məruzəçisi Prof. Fernand de Varennesin ev sahibliyi etdiyi və təxminən 200 nəfərin onlayn olaraq qatıldığı Forumda ABTTF Beynəlxalq Əlaqələr Direktoru Melek Kırmacı Arık və BTAYTD İnsan Haqları eksperti Kerem Abdurahimoğlu iştirak edib.
Forumda çıxış edən Yunanıstanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Yunanıstanın (Qərbi) Trakyadakı müsəlman azlıqlara qarşı beynəlxalq müqavilələrdən irəli gələn bütün öhdəliklərini yerinə yetirdiyini iddia edib.