Bayraqdar.info – Siyasi şərhçi, bayraqdar.info-nun baş redaktoru Azər Həsrət dekabrın 8-də “Bakı Xəbər” TV-nin qonağı olub. Mehman İsmayılovun moderatorluğu ilə bir saatlıq canlı yayımda Azərbaycandaxili proseslərin Qarabağ ətrafındakı proseslərə təsiri müzakirə edilib.
M.İsmayılov qonağın əsasən ölkə içindəki proseslərin Qarabağ məsələsinin tam və birdəfəlik həllinə necə təsir edə biləcəyi ilə bağlı sualı cavablandırmasını istəyib.
Eyni zamanda A.Həsrətin şəxsi siyasi mövqeyi, siyasi qurumlara münasibəti, ölkə siyasi palitrası ətrafında müzakirə aparılıb.
Bundan başqa daxildəki və xaricdəki qüvvələrin ortalığı qarışdırma cəhdləri, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və ona rəqiblik iddiasında olanlarla bağlı fikirlər tamaşaçıların diqqətinə çatdırılıb.