Press "Enter" to skip to content

Bakı Çingiz Aytmatov abidəsi ucaldır, Bişkeklə qardaşlaşır – TƏKLİFLƏR

Eldar Əzizov və Kayrat Osmonaliyev

Son yeniləmə: 9 Dekabr 2021 17:39

Bayraqdar.info – Qardaş Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Bu haqda məlumatı dekabrın 8-də səfir özünün sosial media hesabında paylaşıb.

K.Osmonaliyev qeyd edib ki, E.Əzizovla üç istiqamətdə müzakirə aparıb. O, əlavə edib ki, aparılan müzakirə məhsuldar olub.

İlkin olaraq tərəflər Bakı ilə Bişkekin qardaşlaşması haqqında memorandumun imzalanması, dünyaca məşhur yazıçı Çingiz Aytmatovun Bakıda heykəlinin ucaldılması və Qırğızıstan səfirliyinə bina tikmək üçün torpaq sahəsinin ayrılması yönündə fikir mübadiləsi aparıblar. Qeyd olunan məsələlər növbəti mərhələdə uyğun bir ortamda müvafiq səlahiyyətli qurumlar tərəfindən daha ayrıntılı şəkildə müzakirə ediləcək və gərəkli qərarlar veriləcək.

Qeyd edək ki, uzun illər idi Bakıdakı səfirliyi boş tutulan Qırğızıstan bu ildən K.Osmonaliyevi Azərbaycana səfir təyin etməklə iki qardaş ölkə arasında münasibətlərin intensivləşməsinə hazır olduğunu nümayiş etdirib. Yeni səfir də ona göstərilən etimadı yetərincə yüksək səviyyədə doğruldur və hazırda ən fəal səfirlərdən biri kimi nəzərə çarpır.

Mission News Theme by Compete Themes.