Press "Enter" to skip to content

Azərbaycan Milli Kulinariya Mərkəzinin növbəti uğuru

AMKA direktoru Tahir Əmiraslanov

Son yeniləmə: 8 Dekabr 2021 15:28

Bayraqdar.info – Dekabrın 8-də Azərbaycanı Dünya Halal Zirvəsində təmsil etmiş Azərbaycan – Yaban milli komandasının qələbəsi ilə bağlı tədbir keçirilib.

Xəbər bayraqdar.info-ya dekabrın 8-də AMKA-dan verilib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə keçirilən tədbirdə Mərkəzin direktoru Tahir Əmiraslanov bu yaxınlarda Türkiyədə keçirilən mətbəx yarışması ilə bağlı məlumat verib.

O bildirib ki, milli komanda Zirvədəki çıxışını iki qələbəyə – Vətən müharibəsində qazanılan qələbəyə və Lənkəranın dünya qastronomiya şəhəri elan edilməsinə həsr edib. Komandanın əsas devizi Dədə Qorqudun “İgid qılıncından və süfrəsindən tanınar” deyimi olub.

Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev deyib: “Dünyada ən yaxşı 10 restorandan biri Parisdə yerləşir. Orada ən dadlı yemək ördək ətindən hazırlanır. Mən dünyanın 80 ölkəsində olmuşam, ancaq hesab edirəm ki, ən gözəl mətbəx Azərbaycan mətbəxidir”.

“Sonra Mədəniyyət Nazirliyinin əməkdaşı Nicat Şərifov milli komandanın qazandığı qızıl kuboku daimi saxlanılması üçün Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadəyə təqdim edib.

“Həmçinin, Lənkəran şəhərinə Mərkəzin 30 illiyi münasibətilə kulinariya sahəsindəki nailiyyətlərə görə döş nişanı təqdim olunub. AMKA tərəfindən Lənkəranın dünya qastronomiya şəhəri elan edilməsi ilə bağlı UNESCO-ya göndərdiyi məktubun sürətini Lənkəranda yaradılan mərkəzə təqdim edilib.

“İrəvan xanlığı bölgə mətbəxi” və “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” və digər kitabları da Lənkəran şəhərinə hədiyyə olunub.

“Tədbirdə həmçinin, iş adamı Araz Yaqubov tərəfindən hazırlanmış “Qarabağ“ və “Xan” çay dəstləri ictimaiyyətə təqdim edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.