Son yeniləmə: 8 Dekabr 2021 14:50
Bayraqdar.info – Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranın Astara şəhərində səfərdə olub. Səfərdən məqsəd Azərbaycan və İran arasında nəqliyyat sahəsi ilə bağlı məsələlərin müzakirə edilməsidir.
Xəbər dekabrın 8-də bayraqdar.info-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazilriyindən daxil olub.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Azərbaycan və İran hökumətləri arasında imzalanmış Memoranduma əsasən, Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı maliyyə, sərhəd, gömrük, ekologiya məsələləri müzakirə edilib.
“Səfər zamanı nümayəndə heyəti, həmçinin tikiləcək körpünün ərazisinə və Astara (İran) Terminallar Kompleksinə baxış keçirib və bu kompleksin yükaşırma imkanlarının artırılması ilə bağlı danışıqlar aparılıb. Danışıqlar zamanı birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə edilib”, – deyə xəbərdə qeyd edilib.