Son yeniləmə: 8 Dekabr 2021 09:19
Bayraqdar.info – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev Türkiyənin İstanbul şəhərində “Gəncə” tankerində olub.
ASCO-dan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, R.Vəliyev xarici sularda istismar olunan gəminin heyət üzvləri ilə görüşüb. O, dənizçilərə bir sıra tapşırıqlar da verib. Bildirib ki, təhlükəsizlik, nizam-intizam kimi məsələlərə xüsusi diqqət yetirilməlidir.
“ASCO rəhbəri heyət üzvlərinə yükdaşımalarda oynadıqları fəal rola, ölkəni xarici sularda uğurla təmsil etdiklərinə görə təşəkkürünü bildirib, gəmiçilərə xoş səfərlər arzulayıb. Daha sonra ASCO sədri dənizçilərin qayğıları və problemləri ilə maraqlanıb.
““Gəncə” tankerinin heyəti öz növbəsində diqqət və qayğıya görə Prezident İlham Əliyevə, ASCO rəhbərliyinə təşəkkürünü bildirib. Onlar qarşıya qoyulan tapşırıq və vəzifələrinin öhdəsindən bundan sonra da layiqincə gəlməyə çalışacaqlarına söz veriblər”, – deyə xəbərdə bildirilir.