Press "Enter" to skip to content

“Zəfər günü” futzal yarışları

"Zəfər günü" futzal yarışları

Bayraqdar.info – Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarının qrup mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, qrup mərhələsində 33 ali və orta ixtisas təhsili müəssisəsinin komandası 8 yarımqrupda mübarizə aparıb. Oyunların nəticələrinə əsasən, 16 komanda play-off mərhələsinə vəsiqə qazanıb. Yarışlara dekabrın 24-də yekun vurulacaq.

“Yarışlar Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

“Qeyd edək ki, çempionatın keçirilməsində məqsəd tələbələr arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün tələbələrdən ibarət yığma komandanın müəyyənləşdirilməsidir. Həmçinin, tələbələr arasında ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.