Son yeniləmə: 7 Dekabr 2021 12:12
Bayraqdar.info – “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində “Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” adlı beynəlxalq onlayn Forum baş tutub.
Bu xəbər dekabrın 7-də bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.
Forum Təhsil Nazirliyi, Təhsil İnstitutu (ARTİ) və “T-Network” təcrübə və kommunikasiya platformasınının dəstəyi ilə keçirilib. 450-ə yaxın iştirakçının qatıldığı, yerli və xarici mütəxəssislərin çıxış etdiyi beynəlxalq forumun məqsədi erkən uşaq inkişafı ilə bağlı tədqiqat və təcrübələri bölüşmək və cəmiyyəti maarifləndirmək olub.
“Forumda çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov məktəbəqədər təhsilin əhəmiyyətini qeyd edib, ölkədə “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rolundan söz açıb.
“Amerikanın St.Louis İntensiv Uşaq İnkişafı proqramının müəllimi Laura Conson, BDU-nun müəllimi Elmina Kazımzadə, Estoniyanın “Uşaq Akademiyası” Adaptasiya, Korreksiya və İnkişaf Mərkəzinin təşkilatçısı Yelena Parfyonovanın çıxışları dinlənilib. Vaşinqton Universitetinin Braun Sosial İş və İctimai Sağlamlıq Məktəbinin tədqiqatçısı və müəllimi Aytəkin Hüseynli, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulova və digərlərinin də qeydləri maraqla qarşılanıb”, – deyə xəbərdə bildirilir.