Son yeniləmə: 7 Dekabr 2021 17:02
Bayraqdar.info – Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti dekabrın 8-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək. Səfərdən məqsədi İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 16-cı Konfransında iştirak etməkdir.
Bu barədə bayraqdar.info-ya MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Nümayəndə heyətinə MM-in deputatı Ceyhun Məmmədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
“MM sədrinin İƏT Pİ-nin 16-cı konfransında çıxışı gözlənilir. Parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə təşkilat çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri, parlamentlərarası əlaqələrin dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
“Səfər dekabrın 11-də başa çatacaq”, – deyə məlumatda bildirilir.