Press "Enter" to skip to content

Rayonlarda yağış, qar yağacaq

Yağış

Son yeniləmə: 7 Dekabr 2021 13:50

Bayraqdar.info – Dekabrın 8-də havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-10 dərəcə isti, gündüz 12-15 dərəcə isti, Bakıda gecə 7-9 dərəcə isti, gündüz 12-14 dərəcə isti olacaq.

Məlumatda bildirilir ki, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi bəzi rayonlarda arabir güclənəcək.

Mission News Theme by Compete Themes.