Press "Enter" to skip to content

NATO-nun təlim qrupu Azərbaycanda kursa başladı

NATO-nun mobil təlim qrupu

Son yeniləmə: 7 Dekabr 2021 12:50

Bayraqdar.info – Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində Hərbi Hava Qüvvələrinin və NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupunun iştirakı ilə “Aviasiya əməliyyatları” mövzusunda təlim kursu başlayıb.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, kurs müddətində HHQ müvafiq bölmələrinin fəaliyyətlərinin ƏİK standartlarına uyğun təşkili, mühafizə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi və digər mövzularda brifinqlər təqdim olunur. Kurs dekabrın 9-dək davam edəcək.

Mission News Theme by Compete Themes.