Son yeniləmə: 7 Dekabr 2021 13:55
Bayraqdar.info – Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Moskva şəhərinə yola düşüb. Səfərdən məqsəd hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 14-cü iclasında iştirak etməkdir.
Səfər dekabrın 9-dək davam edəcək.
Xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.