Son yeniləmə: 7 Dekabr 2021 16:49
Bayraqdar.info – Rusiya Federasiyasının Həştərxan vilayətinin Əhalinin Məşğulluğu Agentliyinin rəisi Ramiz Əzizov ölkəmizdə səfərdədir. Səfər çərçivısində qonaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində olub.
Bu barədə bayraqdar.info-ya dekabrın 7-də Agentlikdən məlumat verilib.
Bildirilib ki, ilk olaraq Agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli qurumun fəaliyyət istiqamətləri, görülən işlər, göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi üçün həyata keçirilən islahatlar, rəqəmsal məşğulluğa keçid istiqamətində tətbiq edilən yeniliklər barədə məlumat verib. Agentliyin əsas strateji məqsədlərinin əhalinin məşğulluq səviyyəsini artırmaq, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməklə vətəndaş məmnunluğuna nail olmaq olduğunu bildirib.
Eyni zamanda görüşdə əhalinin məşğulluğu sahəsində qarşılıqlı maraq doğuran məsələlər, təcrübə mübadiləsi və iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.