Press "Enter" to skip to content

Dövlət uşaq müəssisələrinin məzunlarına mənzillər təqdim edilib

Son yeniləmə: 7 Dekabr 2021 10:58

Bayraqdar.info – Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, həssas əhali qruplarından olan digər şəxslərin də sosial-məişət şəraiti yaxşılaşdırılır. Bu tədbirlər dövlət uşaq müəssisələrinin məzunlarını da əhatə edir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev deyib.

Nazirlikdən bayraqdar.info-ya dekabrın 7-də verilən məlumata görə, ƏƏSMN tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərdən daha bir qrupuna Abşeron rayonundakı yaşayış kompleksindən mənzillər verilib.

Yeni mənzillərin açarlarını Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev təqdim edib.

Mərasimdə bu kateqoriyadan olan insanların mənzillə təminatı sahəsində də mühüm işlərin görüldüyü vurğulanıb. Bildirilib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi, son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial xidmət müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Müəssisədə onlara sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər də göstərilir.

Eyni zamanda, yeni yaşayış komplekslərindəndövlət uşaq müəssisələrinin məzunlarına da mənzillər verilir və həmin kateqorioyaya aid 186 vətəndaş bu il yeni yaşayış binalarında mənzillərlə təmin edilib.

Yeni mənzillə təmin olunan məzunlar daim diqqət və qayğı ilə əhatə olunduqlarına, mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mission News Theme by Compete Themes.