Press "Enter" to skip to content

Azərbaycan və Qətər arasında mədəni əlaqələr

Azərbaycan-Qətər əlaqələri

Son yeniləmə: 7 Dekabr 2021 15:43

Bayraqdar.info – Qətər Dövlətində səfərdə olan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev dekabrın 6-da Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd Al Tani ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya dekabrın 7-də Mədəniyyət Nazirliyindən xəbər verilib.

“Azərbaycan və Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf istiqamətləri müzakirə edilən görüşdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov, Mədəniyyət Nazirliyi və səfirliyin nümayəndələri də iştirak edib.

“E.Əliyev Azərbaycanın tarixi, incəsənəti, zəngin ədəbiyyatı, musiqi mədəniyyəti, xalq sənətləri, o cümlədən ölkəmizin xalçaçılıq məktəbləri, şəbəkə sənəti və digər mövzular barədə həmsöhbətini ətraflı məlumatlandırıb. O, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunduğunu qeyd edib.

“Nazir Şeyx Əbdülrəhman bin Həməd Al Tani ölkələr arasında ikitərəfli münasibətlərin və mədəni əlaqələrin mövcud səviyyəsindən söz açıb.

“Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.