Press "Enter" to skip to content

Hər bir tədbir Nizami bayramıdır

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Son yeniləmə: 7 Dekabr 2021 19:51

Bayraqdar.info – Dekabrın 7-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş yekun ümumrespublika elmi-praktik konfrans keçirilib.

Bu barədə bayraqdar.info-ya “İçərişəhər” DTMQİ-dən məlumat verilib.

Konfransda tanınmış Nizamişünas alimlər iştirak ediblər. Xarici İşlər Nazirliyinin təşkilati dəstəyi ilə işıq üzü görmüş “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitabının təqdimatı olub.

Tədbirdə “İçərişəhər” DTMQİ-nin Aparat rəhbəri cənab Read Qasımov salamlama nitqi ilə çıxış edib.

“Kitabın elmi redaktoru, akademik Rafael Hüseynov, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayıb.

“Xalq yazıçısı Anar qeyd edib ki, böyük şairə həsr olunan hər bir tədbir Nizami bayramıdır. Konfransda akademik Nizami Cəfərov, professorlar Vilayət Quliyev, Rəhilə Qeybullayeva, Şəfəq Əlibəyli, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova, professor Zümrüd Dadaşzadə və başqaları Nizami yaradıcılığı haqqında danışıblar”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.