Bayraqdar.info – Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) maraqlı təşəbbüs irəli sürüb. Belə ki, Vətən müharibəsində əldə olunan Zəfərin birinci ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edən TADEF ölkənin aparıcı futbol klublarına müraciət edərək, Türkiyədə müalicə olunan qazilərin futbol yarışlarına qonaq qismində dəvət edilməsi ideyası ilə çıxış edib.
Bu təşəbbüsə ilk cavab verən “Fenerbahçe” klubu olub. Klub rəhbərliyi 11 qazini TADEF təmsilçiləri ilə birlikdə 5 dekabr 2021-ci il tarixində oynanan “Fenerbahçe” – “Çaykur Rizespor” matçına dəvət edib.
Diasporla İz üzrə Dövlət Komitəsindən bayraqdar.info-ya dekabrln 6-da verilən məlumata belə deyilir.
Qeyd edilir ki, oyun zamanı “Fenerbahçe” futbol klubunun tərəfdarları qazilərlə yaxından maraqlanıblar. Qarşılaşmadan sonra isə “Fenerbahçe”nin futbolçuları qazilərlə görüşüb və şəkillər çəkdiriblər.
Klub rəhbərliyinin Tvitte səhifəsində bununla əlaqədar olaraq “Türkiyədə müalicə alan II Qarabağ savaşının qəhrəman qaziləri stadionda bizi qürurlandırdı. Can Azərbaycana salam və sevgilərimizi çatdırırıq!” statusu paylaşılıb, https://www.fenerbahce.org portalında məlumat yerləşdirilib.