Press "Enter" to skip to content

Qazaxıstanla Özbəkistan arasında İttifaq Münasibətləri quruldu

Geniş tərkibli heyətlər arasında görüş

Bayraqdar.info – Xəbər verdiymiz kimi, qardaş Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dekabrın 6-da qardaş Qazaxıstana rəsmi səfərə gedib.

Özbəkistanla Qazaxıstan arasında mühüm sənədlər imzalanacaq

Dekabrın 7-də isə Ş.Mirziyoyevin Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevlə görüşü olub. Bu görüşdə iki ölkə arasında İttifaq Bəyannaməsinin imzalanacağı haqqında məlumat vermişdik.

Yeni İttifaq Dövləti gəlir: Qazaxıstan və Özbəkistan

Artıq Qazaxıstan Prezidentinin mətbuat xidmətindən bayraqdar.info-ya daxil olan xəbərə görə, dövlət başçıları geniş tərkibli heyətlərlə ikitərəfli görüş keçirib. Görüşün yekunu olaraq Qazaxıstanla Özbəkistan arasında İttifaq Münasibətləri Bəyannaməsi imzalanıb.

“Bu gün biz dövlətlərarası münasibətlərin statusunu müttəfiqlik səviyyəsinə yüksəltmə razılaşmasını əldə etdik. Az öncə bu məsələ ilə bağlı fikir mübadiləsi apardıq. Bu, bizim ölkələrimiz arasındakı münasibətlərin tamamilə yeni bir keyfiyyət mərhələsidir. Əlbəttə, müttəfiq münasibətləri bizim ölkələrimizin üzərinə məxsusi öhdəlik qoyur. Mənim tərəfimdən dövlətlərarası şuranın qurulması təklifi irəli sürülüb. Bu şura çərçivəsində biz gərəksiz “rəsmiyyətçilik” olmadan müstəsna olaraq işgüzar mühitdə çox tez-tez görüşə bilərdik”, – deyə Q-J.Toqayev bildirib.

Mission News Theme by Compete Themes.