Press "Enter" to skip to content

“Qarabağ” klubu 8-ci dəfə qış çempionu olub

"Qarabağ" FK

Son yeniləmə: 6 Dekabr 2021 12:03

Bayraqdar.info – Futbol üzrə Azərbaycan Premyer Liqasında qış çempionu 13-cü turda müəyyənləşib.

Peşəkar Futbol Liqasından bayraqdar.info-ya verilən xəbərə görə, “Qarabağ” ilin son turu ərəfəsində qış fasiləsinə gedib.

“Qarabağ” ölkə çempionatları tarixində 8-ci dəfə 2022-ci ili lider kimi qarşılayacaq. Səkkizqat ölkə çempionu mövsümü zirvədə tamamlayıb.

“Bu göstəricidə rekord “Neftçi”yə məxsusdur. “Neftçi” 9 dəfə qış çempionu olub. İki komandanın aktivində üç belə uğur var. “Kəpəz” və “Keşlə” mövsümlərinin fasiləsinə lider kimi yollanmağa nail olublar.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.