Press "Enter" to skip to content

“Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri əlyazmalarda”

“Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri əlyazmalarda”

Son yeniləmə: 6 Dekabr 2021 13:41

Bayraqdar.info – Özbəkistan Milli Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda “Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri əlyazmalarda” adlı tədbir və sərgi keçirilib. Sərgi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə keçirilən “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” çərçivəsində baş tutub.

Bu barədə Mədəniyyət Nazirliyindən dekabrın 6-da bayraqdar.info-ya xəbər verilib.

“Tədbirdə Özbəkistanın xalq şairi Camal Kamal tərəfindən N.Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə” və alim, tərcüməçi Ramiz Əskər tərəfindən Azərbaycan dilinə çevrilmiş Əlişir Nəvainin “Xəmsə” əsərinin də təqdimatı keçirilib.

“Mədəniyyət Nazirliyini tədbirdə Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli təmsil edib. O, Özbəkistanla bütün sahələrdə olduğu kimi dövlətlər tərəfindən mədəni əlaqələrin inkişafında da böyük işlərin həyata keçirildiyini qeyd edib. Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan EA arasındakı əməkdaşlığı yüksək qiymətləndirən Akif Marifli N.Gəncəvinin “Xəmsə”sinin özbək dilinə çevrilməsindən dsnışıb. O, bunu Azərbaycan və Özbəkistanın mədəni həyatında böyük hadisə adlandırıb.

“H.Əliyev adına Mərkəzin direktoru Samir Abbasov iki ölkə arasında həyata keçirilən mədəni layihələrdən danışıb, bu mövzuda indiyədək 90-dan çox adda kitabın özbək dilində çap edildiyini bildirib. Diplomat böyük özbək şairi Əlişir Nəvainin N.Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq “Xəmsə” yaratdığını vurğulayıb.

“Tədbirdə MM-in deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov, BDU Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, AYB sədrinin müşaviri Sayman Aruz çıxış ediblər.

“Sonda Mərkəz ilə Ə.R.Biruni adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.” Xəbərdə belə vurğulanır.

Mission News Theme by Compete Themes.