Press "Enter" to skip to content

Fermərlərlə növbəti görüşlər Tovuz və Goranboyda

Regionlarda görüşlər

Son yeniləmə: 6 Dekabr 2021 13:27

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yerlərdə fermerlərlə görüşlər keçirib onları payızlıq əkinlərlə bağlı məlumatlandırırlar.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, görüşlərdə 5 hektardan yuxarı əkin sahələrindən aqrokimyəvi analizin verilməsi, 10 ha-dan yuxarı sahələrin sığorta olunması və digər yeniliklər barədə məlumat verilib. Bildirilib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə taxıl əkininə görə vahid əkin əmsalı (1,05) müəyyən olunub, fermerlər həm arpa, həm buğda əkininə görə hər ha-ya 210 manat subsidiya alacaqlar. Müzakirələr zamanı iştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

“Qeyd edək ki, bəyan prosesinin sürətləndirilməsi məqsədilə Füzuli rayonunda fermerlərə səyyar aqrar xidmət göstərilir. Nazirliyin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmətə başlayıb. Mikroavtobuslar müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, bəyan proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Səyyar xidmət Aqrar Xidmətlər Agentliyinin təlim keçmiş əməkdaşları tərəfindən həyata keçirilir. Ümumilikdə 6 səyyar qrup rayonun inzibati mərkəzdən uzaq müxtəlif kəndlərində fermerlərə torpaq sənədlərini və əkin məlumatlarını EKTİS-də bəyan etməyə köməklik göstərirlər.

Regionlarda görüşlər

“Səyyar xidmətlərin göstərilməsi qrafiki rayonların tələbatına görə müəyyən olunur. Bundan əvvəl analoji səyyar aqrar xidmətlər Şəki, Sabirabad və İmişli rayonlarında təşkil olunub. Bu rayonlarda səyyar xidmətlər zamanı 8 mindən artıq fermerə öz əkinlərini EKTİS-də bəyan etməyə texniki köməklik göstərilib. Payızlıq əkinlərin bəyan prosesinin sürətləndirilməsi məqsədilə növbəti səyyar xidmətlər Tovuz və Goranboy rayonlarında təşkil olunacaq”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.