Son yeniləmə: 5 Dekabr 2021 23:21
Bayraqdar.info – Bosniya və Herseqovina Konstitusiya Məhkəməsi maraqlı bir qərar qəbul edib. Həmin qərara əsasən, Bosniya və Herseqovina Silahlı Qüvvələrinin üzvlərinin saqqal saxlamasının onların şəxsi həyatları ilə bağlı olduğu bildirilib. Yəni, bununla Bosniya və Herseqovina əsgərlərinə saqqal saxlanmasına icazə verilib.
Bu barədə Balkan News məlumat yayıb.
Məlumatda deyilir ki, Demokratik Fəaliyyət Partiyasının (SDA) sədri Bakir İzzetbegoviçin Xalq Məclisinə sədrliyi dövründə Silahlı Qüvvələrdə saqqal və baş örtüyü azadlığı ilə bağlı müraciətini qiymətləndirən Konstitusiya Məhkəməsi saqqal qadağasının konstitusiyaya, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasına zidd olduğuna qərar verib.
Orduda baş örtüyü və digər dini simvolların taxılması ilə bağlı məhkəmənin qərarı isə hələlik açıqlanmayıb.