Press "Enter" to skip to content

Bazeldə Nizami Gəncəvi gecəsi

Son yeniləmə: 6 Dekabr 2021 17:50

Bayraqdar.info – Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir. Növbəti tədbir İsveçrənin Bazel şəhərində baş tutub.

Belə ki, həçin şəhərdə dahi şairin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyeva-Bodmerin təşkilatçılığı ilə keçirilən tədbirdə isveçrəli nüzamişünaslar, ölkəmizin İsveçrədəki səfirliyinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Komitədən bayarqdar.info-ya dekabrın 6-da verilən məlumata görə, Niqqi Uilrixin moderatorluğu ilə aparılan gecədə qüdrətli söz ustadının əsərləri aktyorlar Anar Fərəcbəyli, Daniel Kaştura və Mari Luiza Ulrix, şairə Olimə Nəbiyevanın ifasında Azərbaycan, alman və fars dillərində səsləndirilib.Tədbir iştirakçıları azərbaycanlı sənətkarlar Rövşən Qurbanov (tar), Xəyyam Məmmədov (kamança), Firuz Səxavət (xanəndə) və Rəvanə Qurbanovanın (xanəndə) ifasındakonsert proqramını alqışlarla qarşılayıblar.

Bazel şəhərində Azərbaycan muğamına və milli rəqslərimizə həsr olunmuş konsert də keçirilib. Komitənin dəstəyi və İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə keçirilən konsert şəhərin “Gundeldingerfeld” məkanında baş tutub.

Azərbaycanın tanınmış tarzəni Rövşən Qurbanovun rəhbərlik etdiyi muğam qrupunun üzvləri və “Buta” rəqs dərnəyinin yetirmələri tamaşaçılara maraqlı repertuar təqdim ediblər. Azərbaycanlı xanəndələr Firuz Səxavətin və Rəvanə Qurbanovanın, “Buta” solistlərinin ifalarında təqdim olunan muğam, təsnif və milli rəqslər tamaşaçılarda böyük maraq doğurub.

Mission News Theme by Compete Themes.