Press "Enter" to skip to content

Batı Trakyada PKK izi

Son yeniləmə: 6 Dekabr 2021 15:13

Bayraqdar.info – Yunanıstanda türklərə, xüsusilə də Batı Trakyadakı türklərə qarşı çeşidli təzyiqlərin olduğu kimsəyə sirr deyil. Son günlər isə bu sıraya yeni detallar əlavə edilib.

Belə ki, türklərin sıx məskunlaşdığı Yaka bölgəsində bəzi kəndlərə PKK-YPG terror təşkilatına dəstək verən broşürlər atılıb.

Bu barədə Birlik Gazetesi məlumat yayıb.

Məlumatda deyilir ki, “kimliyi naməlum şəxslər tərəfindən Gümülcinenin Yassıköy Bələdiyyəsinə bağlı və türklərin sıx məskunlaşdığı Yaka bölgəsindəki bəzi kəndlərə PKK-YPG terror təşkilatına dəstək broşürləri atılıb”.

Vurğulanır ki, dekabrın 3-də səhər saatlarından etibarən Gümülcinenin Sendelli kəndində kənd yollarına atılan bu kağız parçalarını görən kəndlilər bir tərəfdən narahatlıq hiss edir, digər tərəfdən təəccüblərini bildirirlər. PKK-YPG terror təşkilatına dəstək verən kağız parçaları türk və yunan dillərindədir.

Belə ki, türkcə olan yazıda “Türk faşizmini məhv edək və partizanların yanında olaq” sözləri yazılıb. Yunanca elanda isə “Hər qadın özünü azad hiss edənə qədər – yaşasın Şimali Suriyada silahlar” var.

Mission News Theme by Compete Themes.