Press "Enter" to skip to content

Baş Prokurorluğun bir qrup əməkdaşı Moskvada

Baş Prokurorluğun əməkdaşları Moskvada

Son yeniləmə: 6 Dekabr 2021 15:28

Bayraqdar.info – Noyabrın 29-30 Moskvada “Prokurorların məhkəmələr tərəfindən baxılan mülki və arbitraj, eləcə də inzibati xətalara dair işlərdə iştiraklarının təmin edilməsi istiqamətində işin təşkili” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycandan bir qrup prokurorluq əməkdaşı iştirak edib.

Baş Prokurorluqdan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini Şəmşir Şəmşirlinin rəhbərlik etdiyi qrupun tərkibində CTKİİ prokuroru Babək Zakirzadə, Səbail rayon prokuroru köməkçisi Hillal Abbasov və Qazax rayon prokuroru köməkçisi Tərlan Kərimov görüşlərdə iştirak ediblər.

Nümayəndə heyətinin üzvləri Rusiya Baş Prokurorluğunun bir çox qurumlarında görüşlər keçiriblər.

Mission News Theme by Compete Themes.