Bayraqdar.info – Qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev qardaş Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin dəvəti ilə dekabrın 5-də Nur-Sultana dövlət səfərinə gedib.
Bu haqda xəbəri dekabrın 5-də Özbəkistan Prezidentinin mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, ali vəzifəli qonağın şərəfinə Nur-Sultan hava limanında fəxri qarovul düzülüb.
Ş.Mirziyoyevi Q-J.Toqayev hava limanında şəxsən qarşılayıb. İki dövlət başçısı arasında qısa söhbət olub.
Xəbərdə deyilir ki, səfər çərçivəsində əsas tədbirlər dekabrın 6-da keçiriləcək. Zirvə görüşündə siyasi münasibətlərin möhkəmləndirilməsi, ticarət və iqtisadiyyat, nəqliyyat-logistika sahələrindəki iş birliyi, mədəni-humanitar əlaqələrin genişləndirilməsi müzakirə ediləcək. Eyni zamanda bir sıra beynəlxalq məsələlər də müzakirə mövzusu olacaq.
Görüşün nəticəsi olaraq tərəflər arasında 20-dən çox mühüm sənədin imzalanması gözlənilir.
[…] Özbəkistanla Qazaxıstan arasında mühüm sənədlər imzalanacaq […]
[…] Özbəkistanla Qazaxıstan arasında mühüm sənədlər imzalanacaq […]