Son yeniləmə: 5 Dekabr 2021 22:26
Bayraqdar.info – Dekabrın 4-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda seminar keçirilib.
Seminarı Müdafiə Nazirliyi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə təşkil edib.
Bu barədə xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.
“Seminar çərçivəsində psixoloq ixtisaslı zabitlərə psixoaktiv maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri barədə məlumat verilib. Həmçinin, narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə də bilgi təqdim edilib.
“Sonda Dövlət Komissiyası tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça iştirakçılara təqdim edilib”, – deyə xəbərdə bildirilib.