Son yeniləmə: 3 Dekabr 2021 23:56
Bayraqdar.info – Türk dövlətlərinin Belçikadakı səfirləri dekabrın 3-də bir araya gələrək müzakirə aparıb. Bu haqda xəbəri Türkiyənin Brüsseldəki səfirliyi özünün sosial media hesabında paylaşıb.
Xəbərdə deyilir ki, “Türk Dövlətləri Təşkilatı ölkələrinin səfirlərini dönəm başqanı olaraq qəbul etdik, mümkün ortaq layihələri gözdən keçirdik”.
Türk Devletleri Teşkilatı @Turkic_States ülkelerinin Büyükelçilerini Dönem Başkanı olarak ağırladık, olası ortak projeleri ele aldık. 🧿🇹🇷🇦🇿🇰🇿🇰🇬🇺🇿🇭🇺🇹🇲@TC_Disisleri
Pleased to host the ambassadors of the countries of @Turkic_States and reflect on common possible projects in 🇧🇪 pic.twitter.com/kV98x6KJ6p
— Türkiye in Belgium (@TC_BrukselBE) December 3, 2021
Xəbərdə geniş ayrıntılar olmasa da belə anlamaq olar ki, bu görüş türk dövlətlərinin Avropa miqyasında fəaliyyətlərini koordinə edərək ortaq maraqları uzlaşdırmaq və birgə hərəkət etmək üçün keçirilib.