Press "Enter" to skip to content

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları – VİDEO

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları

Son yeniləmə: 3 Dekabr 2021 21:42

Bayraqdar.info – Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan iki ədəd “Hürkuş” təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə “Hürkuş” hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.

Tədbirdə Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyənin ölkədəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər.

“Hürkuş” təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub. Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının ölkəmizin hava məkanında birgə nümayiş uçuşları icra edilib. General-leytenant R.Tahirov pilotların hazırlığını yüksək qiymətləndirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.