Press "Enter" to skip to content

“Mədəniyyət naminə sülh” Forumu

“Mədəniyyət naminə sülh”

Son yeniləmə: 3 Dekabr 2021 12:27

Bayraqdar.info – Dekabrın 2-də ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) keçirilib.

Xəbər bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO, ADA Universiteti və Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edib.

“ADA Universitetinin prorektoru Vafa Kazdal rektor, professor Hafiz Paşayevin adından forum iştirakçılarını salamlayıb. O, belə bir foruma ev sahibliyi etməkdən böyük qürur hissi keçirdiklərini bildirərək qeyd edib ki, bu tədbir ADA Universitetinin dünya miqyasında sülhün, əmin-ananlığın qorunmasında üzərinə götürdüyü öhdəçilikdən xəbər verir.

“Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə çıxış edərək “Mədəniyyət naminə sülh” kampaniyası haqqında məlumat verdi. Bildirdi ki, mədəniyyət üçün sülh vacib məfhumdur.

“Şöbə müdiri tədbirin proqramı haqqında məlumat verdikdən sonra forum plenar iclaslarla işini davam etdirib.

“Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək” adlı birinci plenar sessiya Mədəniyyət Nazirliyinin Aparat rəhbəri, “Mədəniyyət naminə sülh” qlobal kampaniyası İşçi Qrupunun rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə gerçəkləşib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.