Son yeniləmə: 3 Dekabr 2021 10:22
Bayraqdar.info – Prezident İlham Əliyev dekabrın 2-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri qəbul edib.
Məlumatı Prezidentin Mətbuat xidməti yayıb.
“Görüşdə Azərbaycanda tarixən mövcud olan tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb.
“Digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlət səviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksək qiymətləndirilib, yəhudilərin ölkənin ictimai həyatında fəal iştirakı qeyd edilib.
“Söhbət zamanı Bakıda keçirilən və Mark Şnayerin iştirak etdiyi “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi növbəti töhfə kimi dəyərləndirilib”, – deyə məlumatda bildirilir.