Press "Enter" to skip to content

Erməni Azərbaycan hərbi qulluqçusuna hücum etdi, zərərsizləşdirildi

Müdafiə Nazirliyi

Son yeniləmə: 3 Dekabr 2021 15:33

Bayraqdar.info – Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan Azərbaycan hərbi qulluqçusu dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat daxil olub.

“Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

“Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə birgə monitorinq mərkəzinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda vurğulanır.

Mission News Theme by Compete Themes.