Bayraqdar.info – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Bu barədə bayarqdar.info-ya dekabrın 3-də qurumdan məlumat verilib.
Bildirilib ki, G.Əfəndiyeva Qazaxıstanın Polşadak fövqəladə və səlahiyyətli səfiri AlimKirabayev, Özbəkistanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Boboyev və Macarıstanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Orsolya Zsuzsanna Kovácsilə görüşüb: “Görüşlərdə Fond ilə təşkilatın üzv və müşahidəçi dövlətləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi,Türk xalqlarının bir-birinə yaxınlaşdırılması istiqamətində birgə atılacaq addımların vacibliyi kimi məsələlər müzakirə edilib. Səfirlər Fond tərəfindən Türk Dünyasının mədəni həyatının inkişafı yönündə önəmli işlər görüldüyünü qeyd edərək, təşkilatın keçirdiyi layihə və tədbirlərə dəstək verəcəklərini bildiriblər”.
Səfər çərçivəsində Fondun prezidenti eyni zamanda Polşada fəaliyyət göstərən Varşava, Krakov, Vrostlav universitetlərinintürkoloq alimləri ilə də görüşüb. Görüşdə türk dünyasının zəngin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin Polşada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb. Türkoloqlar görüşdə çoxəsrlik tarixə malik türk xalqlarının irsinin mühafizəsi və araşdırılması istiqamətində Fondun çoxyönlü fəaliyyətini yüksək qiymətləndiriblər.
Görüşlərdə Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova da iştirak edib. Görüşlər gələcək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələrlə davam edib.